"Müstəqilliyimiz əbədidir" adlı dəyirmi masa
Məktəbin 2021/2022 –ci dərs ilinin illik fəaliyyətinin 1.3.15-ci bəndinə əsasən Milli Müstəqilliyimizin bərpsının 30 illik yubileynə həsr olunmuş “Müstəqilliyimiz əbədidir” adlı dəyirmi masa keçirildi.Məktəbin tarix müəllimi Qurbanova Xatirə 991-ci il oktyabrın 18-də qəbul edilmiş Dövlət Müstəqilliyi haqqında konstitutiya Aktı barədə məlumat verdi.Konstitusiya Aktında göstərilib ki, müstəqil Azərbaycan dövləti 1918-1920-ci illərdə mövcud olmuş Azərbaycan Xalq Cümhuriyyətinin varisidir.
VII sinif şagirdləri bu əsrdə 2 dəfə müstəqillik əldə etmiş dövlətimizin beynəlxalq aləmdə olan nüfuzu haqqında məlumat verdilər.
Milli Müstəqilliyimizin bərpasının 30 illik yubileyinə həsr olunmuş videoçarx nümayiş etdirildi.