"Aşıq Ələsgər-200" adlı konfrans

28.09.2021-ci il tarixdə ustad şair Aşıq Ələsgərin 200 illik yubileyne həsr olunmuş konfrans keçirildi.Konfransda məktəbin tərbiyə işləri üzrə d/müavini Əliyeva Zümrüd Məmmədqulu qızı, dil-ədəbiyyat müəllimləri Qədirzadə Sevinc ,Babazadə Günəş  Taleh, Niftiyeva Aysel  Yusif  qızı çıxış edərək aşıq sənəti ənənələrinə  ən yüksək bədii-estetik  meyarlarla  yeni məzmun qazandırmış  Aşıq Ələsgərin  həyat və yaradıcılığı barədə məlumat verdilər.

Çıxışlarda bildirildi ki, snətkarın yubileyləri  məhz Ulu öndərin təşəbbüsü ilə dövlət səviyyəsində  qeyd edilmişdir.Böyük söz ustadının 150 illik yubiley mərasimləri keçirilərkən azərbaycanlıların əzəli yurdlarından olan qədim  Göyçə mahalında  ,doğulduğu kənddə  Aşıq Ələsgərin qəbirüstü abidəsi ucaldılmışdır.

Qüdrətli söz ustadı Aşıq Ələsgərin yaradıcılığı ilə bağlı hazırlanmış video-təqdimat nümayiş etdirildi.Konfransda iştirak edən VI-IX sinif şagirdləri Aşıq Ələsgərin zəngin poetik irsi nümunələrini səsləndirdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi