Qələbəmizin qəhrəmanları
27.09.2021-ci il tarixdə Vətən Müharibəsində həyatını itirən şəhidlərin xatirəsinin Anım Günü ilə bağlı tədbir keçirildi.Tədbir Azərbaycan Respublikasının Dövlət Himni ilə açıq elan edildi.Tədbirdə məktəbin direktoru Qasımov Rövşən Şahniyar oğlu çıxış edərək Azərbaycan Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında işğal altındakı torpaqlarımızın azad edilməsi üçün başlanılan Vətən Müharibəsi və Zəfər tariximizidən danışdı.Məktəbin məzunları şəhid Səfərov İntiqam Əlihüseyn oğlu, Əliyev Tahir Mahir oğlu ehtiramla yad edildilər. Şəhid atası Əliyev Mahir çıxış edərək Vətən Müharibəsi şəhidlərinə rəhmət dilədi.
Məktəbin şagirdləri vətənpərvərliyə ,şəhidlik zirvəsinə ucalanlara həsr edilmiş şeirlər ilə çıxış etdilər.
Tədbirin sonunda Vətən Müharibsinin şəhidlərinin xatirəsi 1 dəqiqəlik sükut ilə yad edildi.