27 sentyabr- Anım Gününə həsr edilmiş dərslər

27.09.2021-ci il tarixdə ilk dərslər Anım Gününə həsr olundu.Fənn müəllimləri 44 günlük Vətən Müharibəsində Azərbaycan Ordusunun keçdiyi zəfər yürüşü haqqında məlumat verdilər,şəhidlərimiz,qazilərimiz,müharibə iştirakçılarımızın həyatına həsr olunmuş videomateriallar nümayiş etdirildi.

Şagirdlər şəhidlik zirvəsinə ucalanlara həsr olunmuş şeirlərlə çıxış etdilər.Vətən Mühaaribəsində qəhrəmancasına döyüşmüş ,Azərbaycan Bayrağını işğaldan,azad edilən torpaqlarımızda dalğalandırmış,ölkəmizin  ərazi bütövlüyü yolunda  canların fəda etmiş əsgər və zabitlərimizin xatirəsi ehtiramla yad edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi