"Hər birimiz bir əsgərik" adlı seminar
25.iyun 2021- il ci tarixində 26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələri Günü münasibətilə "Hər birimiz bir əsgərik"adlı seminar keçirildi."Yay məktəbində" keçirilən seminarda hərbi rəhbər Şahbazov Yaqub məruzə ilə çıxış etdı.Məruzədə Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının 1918-ci il 26 iyun tarixli qərarı ilə Çar Rusiyası dövründə "Vəhşi divizya" adlanan keçmiş tatar süvari alayının əsgərlərindən formalaşdırılmış və Müsəlman Korpusunun əsasında ilk ordu hissəsi, 5000 nəfər şəxsi heyəti olan "Əlahiddə Azərbaycan korpusu" yaradılması haqqında məlumat verildi.Məlumatda Hərbi Nazirliyin yaradılması,Birinci və ikinci Qarabağ müharibələri barədə də məlumat verildi.
44 günlük vətən müharibəsində çəkilən video təqdimatlar nümayiş etdirildi.