"28 May Tariximizin Şanlı səhifəsi " adlı qəzet müsabiqəsi

27.05.2021-ci il tarixdə məktəbin foyesində 28 May - Respublika gününə həsr olunmuş "28 May Tariximizin Şanlı səhifəsi " adlı qəzet müsabiqəsi keçirildi.Müsabiqədə qalib gəlmiş qəzetlər sərgiləndi . Qəzetlərdə Azərbaycan Demokratik Respublikasının yaradıcısı görkəmli siyasi xadim Məmməd Əmin Rəsulzadə, hökümətin qurucuları olan Xəlil bəy Xasməmmədov, Xosrov Paşa bəy Sultanov,Fətəlixan Xoyski,Əlimərdan bəy Topçubaşov,Məmməd Həsən Hacınski və digər siyasətçilər barədə məlumatlar dərc edilmişdir.Cəmi 23 ay mövcud olan Azərbaycan Xalq Cümhuriyyəti Azərbaycan tarixinin şanlı səhifəsi hesab olunur.