"Qəhrəmanlıq salnaməsi" adlı bədii əsərlərin müzakirəsi

19.05.2021-ci il tarixdə Azərbaycanın tarixi keçmişi ,görkəmli şəxsiyyyətlərinə həsr olunmuş "Qəhrəmanlıq salnaməsi" adlı bədii əsərlərin müzakirəsi keçirildi.Müzakirəni məktəbin kitabxana müdiri Mərdanova Könül VII-VIII sinif şagirdləri ilə aparmışdır. Tarixi şəxsiyyət olan Dədə Qorqud , xalq qəhrəmanı Koroğlu , Azərbaycan siyasətində böyük iz buraxmış görkəmli siyasətçi və ədib Nəriman Nərimanov ,Şərqdə ilk Cumhuriyyətinin banisi Məmməd Əmin Rəsulzadə, Ümumilli Lider Heydər Əliyev kimi dahi insanların həyatı və onların tarixdə qoyduqları dərin izlər müzakirə edilmişdir. Şagirdlər oxuduqları bədii və elmi ədəbiyyatdan əldə etdikləri informasiyaları təqdim edərək müzakirələrdə fəal iştirak etdilər.