Heydər Əliyevin 98-ci ildönümünə həsr edilmiş xüsusi dərslər

07.05.2021-ci il tarixdə Ümummilli lider Heydər Əliyevin 98-ci ildönümünə həsr edilmiş xüsusi dərslər keçirildi.Xüsusis dərslərin keçirilməsinin əsas məqsədi Heydər Əliyevin keçdiyi həyat yolunun təbliğ olunmasıdır.Dərslərdə müəllimlər tərəfindən hazırlanmış videotəqdimatlar nümayiş etdirildi.Ümummmilli lider Heydər Əliyevin apardığı dövlət siyasəti , azərbaycançılıq ideyalarının təbliğ olunması,qonşu dövlətlərlə aparılan xarici siaysət,Qarabağ məsələsinin həlli yollarında atdığı addımlar təqdimatlarda öz əksini tapmışdır. Müəllimlər tərəfindən edilən məruzələrdə Ali Baş Komandan İlham Əliyevin yürütdüyü siaysətin Heydər Əliyevin siyası təcrübəsinə söykənildiyi qeyd edildi.