"Qələbəmizin tarixi" adlı seminar keçirildi
07,05."2021-ci il tarixdə 9 May Qələbə Gününə həsr edilmiş "Qələbəmizin tarixi" adlı onlayn seminar keçirildi.Şagirdlərdə vətənpərvərlik hissinin aşılanması,igid qəhrəmanlarımızın keçdiyi qəhrəmanlıq yolunun təbliği seminarın keçirilməsinin əsas məqsədini təşkil edir.Məktəbin müəllimi Məmmədova Könül 9 May Qələbə günü ilə bağlı hazırladığı videotəqdimatı nümayiş etdirdi.Məruzəçi Böyük Vətən Müharibəsində Azərbaycan xalqının ,azərbaycan neftinin müstəsna xidmətlərindən danışdı.Artıq bütün dünyaya məlumdur ki,Azərbaycan nefti olmasa idi,Sovet İttifaqının faşizm üzərində olan qələbəsi qeyri-mümkün olardı.Məruzədə Vətən Müharibəsinin Qələbəsində iştirak edən bütün əsgərlərimizin qəhrəmanlıq yollarını faşizm üzərində qələbə çalan igid qəhrəmanlqrımızdan öyrəndikləri ,xüsusilə,vurğulandı.faşiz üzərində Qələbə minlərlə igid oğlundan keçən Azərbaycanın Qələbəsi kimi qiymətləndirildi.