"Problemlərimiz aynamızdır" adlı "Dəyirmi masa" keçirildi

                Mayın 26- da "Problemlərimiz aynamızdır" adlı "Dəyirmi masa" keçirildi. "Dəyirmi masa"da məktəb rəhbərliyi, müəllimlər, valideynlər, "Aydınlığa doğru" milli-mənəvi dəyərlərin qorunması İctimai Birliyinin ailə akademiyası layihəsinin rəhbəri psixoloq Firəngiz Məhərrəmova iştirak etdi. Firəngiz xanım uşaq- valideyn, şagird- müəlllim, valideyn- müəllim münasibətləri haqqında məlumat verərək bu münasibətlərin önəmliliyini qeyd etdi. Müzakirələrdə valideynlər və müəllimlər aktiv iştirak etdilər. Şagirdlərin problemlərini müzakirə etdilər. Firəngiz xanım onu da bildirdi ki, "Aydınlığa doğru" milli- mənəvi dəyərlərin qorunması İctimai Birliyində ödənişsiz psixologiya kursları, mənəviyyat dərsləri və ailə dəyərləri mövzusunda seminarlar keçirilir.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi