"Mənfi ekoloji tendensiyaların sağlamlığa təsiri" adlı seminar

          17.04.2021-ci il tarixdə "Mənfi ekoloji tendensiyaların sağlamlığa təsiri"  adlı seminar keçirildi.Seminarın məqsədi gəncər arasında ətraf mühit və mənfi ekoloji tendensiyaların sağlamlığa təsiri ilə bağlı maarifləndirmə tədbirlərini dəstəkləməkdən ibarətdir.Təhsildə inkişaf və innovasiyalar üzrə IV qrant müsabiqəsinin "Dayanıqlı məktəb " lahiyəsinin rəhbəri, məktəbin kimya müəllimi Məmmədova Könül bu lahiyənin dahi Azərbaycan şairi  Nizami Gəncəvinin 880 illiyinə həsr edildiyini bildirdi.Seminarda lahiyə çərçivəsində Maştağa məktəblərinin əməkdaşlığından, görülən işlərdən,qarşıya çıxan problemlərdən danışıldı.Nizami Gəncəvinin bitkilər və ekologiya haqqında dediyi fikirləri özündə əks etdirən video-çarx təqdim edildi.Sabunçu rayonu 209 N-li,255 N-li,187 N-li məktəblərinin şagirdlərinin ekologiya haqqında fikirləri səsləndirildi.255 N-li tam orta məktəbin direktoru Məmmədova Mətanət,108 N-li tam orta məktəbin tərbiyə işləri üzrə direktor müavini Adnayeva Günay,293 N-li tam orta məktəbin rəhbər işçiləri çıxış edərək,kagızın yenidən emalı ilə bağlı keçirilən layihənin uğurlu olduğunu və bu layihənin gələcəkdə də davam etdirilməsinin mümkünlüyündən danışdılar.

 
 
 
 

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi