"31 Mart Soyqırımı -"Tarixin görünməyən izi" mövzusunda "Dəyirmi masa"
30.03.2021 ci il tarixdə 31 Mart Azərbaycanlıların Soyqırımı Günü münasibətilə "Tarixin görünməyən izi" adlı " Dəyirmi masa "kecirilmişdir. "Dəyirmi masad"a məktəbin tarix müəllimi Qurbanova Xatirə Nəriman qızı şagirdlərə erməni silahlı dəstələrinin azərbaycanlılara qarşı törətdikləri qırğından məlumat verdi."Dəyirmi masa"da Soyqırımın törədilmə zamanını,yerini və nəticələrini özündə əks etdirən videotəqdimat nümayiş etdirildi.
VIII və IX sinif şagirdləri 1918-ci ilin mart ayında Şamaxı,,Bakı,Quba,Xaçmaz,Lənkəran,Hacıqabul,Salyan,Zəngəzur,Qarabağ ,Naxçıvanda erməni daşnakları tərəfindən törədilən vəhşiliklər,uşaq və qadınların diri-diri yandırılması ,40 mindən çox azərbaycanlının vəhşicəsinə öldürülməsini ozündə əks etdirən məruzələrlə çıxış etdilər.1918-ci ildə bolşevik-erməni silahlı dəstələrinin Azərbaycan torpaqlarında həyata keçirdikləri kütləvi qırğınlar nəticəsində həlak olan on minlərlə azərbaycanlının xatirəsinə ucaldılan Quba Soyqırımı Memorial Xatirə Kompleksi haqqında məlumat verildi.