IX siniflər üzrə monitorinq keçirildi
16.03.2021-ci il tarixdə təhsilin keyfiyyətinin öyrənilməsi məqsədilə monitorinq keçirildi. Azərbaycan dili,Riyaziyyat və Xarici dil fənləri üzrə suallar şagirdlər tərəfindən müəyyən edilmiş vaxt ərzində cavablandırıldı.Monitorinqin nəticələri rəhbər işçilərin,fənn müəllimlərinin iştirakı ilə təqdim edildi.Monitorinqdən sonra problemlər müzakirə edildi,qarşıda duran vəzifələr sadalandı.Tədrisdə keyfiyyətin artırılması məqsədilə səsləndirilən təkliflərə baxıldı və real strateji istiqamətlər müəyyənləşdirildi.