"Novruz gəlir,yaz gəlir" adlı guşə

06.03.2021-ci il tarixdə məktəbin foyesində yazın gəlişi ilə bağlı "Novruz gəlir,yaz gəlir" adlı guşə yaradıldı.Guşədə Novruz atributları ,qədim əşyalar,mis qablar nümayiş etdirildi.Şagirdlərin Novruz bayramı ilə bağlı çəkdikləri rəsmlər guşədə xüsusi yer tuturdu.Şagirdlərin müxtəlif rənglərdən istifadə edərək kağız üzərində Novruz əhval-ruhiyyəsini yaratdıqları rəsm əsərləri hər kəsdə təkcə bayram ruhu deyil,Qələbə ruhu da aşılayırdı.