"Mənim gələcəyim" mövzusunda məsləhət saatları

22.02.2021-ci il tarixdə məktəbin psixoloqu "Mənim gələcəyim" mövzusunda məsləhət saatlərı keçirdi. Psixoloq məktəbin VII,VIII,IX sinif şagirdləri ilə söhbətdə emosional davranış ,sosial-məişət problemləri və digər problemləri olan şagirlərlə fərdi-psixoloji söhbətlərin aparılmasının vacibliyindən danışdı.Şagirdlərin sosiallaşmasında yaranan çətinliklərin ,riskli davranışlara,zərərli vərdişlərə meyl etmənin səbəblərinin aşkarlanmasının mühüm olması haqqında müzakirələr aparıldı.
Risk qrupuna daxil olan şagirdlərlə söhbətdə Şirinov Zakir sosial-psixoloji yardımın göstərilməsi və bu yardımın önəmli hesab olunmasından danışdı.Sağlam cəmiyyət üçün sağlam ruhda inkişaf bizim əsas vəzifəmizdir.