Türkmənçay sülh müqaviləsinə həsr edilmiş xüsusi dərslər keçirildi

10 fevral 2021-ci il tarixdə şagirdlər arasında vətənpərvərlik hisslərinin təbliğ olunması məqsədilə “Qarabağ dünən, bugün və sabah” mövzusunda Türkmənçay sülh müqaviləsinə həsr edilmiş xüsusi dərslər keçirildi.

Dərslərdə Rusiya və İran dövlətləri arasında bağlanmış 16 maddədən ibarət sülh müqviləsi haqqında məlumat verildi. Tarixi Azərbaycan torpaqlarının bölüşdürülməsi ilə başa çatan Rusiya- İran müharibəsinin nəticələrinə görə Araz çayı Şimali Azərbaycan və Cənubi Azərbaycan olmaqla bütöv Azərbaycanı iki yerə ayırdı. İşğalçılar tərəfindən Azərbaycan torpaqlarının bölüşdürülməsi əsrlər boyu davam etsə də, XXI əsrdə Azərbaycanın bütövlüyü məsələsində mühüm addımlar atıldı.30 ilə yaxın müddətdə işğal altında olan Qarabağ müstəqil Azərbaycan dövlətinə birləşdirildi. Və cənab prezident İlham Əliyevin adı Şah İsmayıl Xətai dönəmindən bu günə qədər Azərbaycan torpaqlarını işğaldan azad edən ilk dövlət başçısı kimi tarixə yazıldı.    

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi