“Azərbaycan xalqının Mübariz ömrü” adlı xüsusi dərs keçirildi

08.02.2021-ci il tarixdə Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimovun anım gününə həsr edilmiş “Azərbaycan xalqının Mübariz ömrü” adlı xüsusi dərs keçirildi.

Fənn müəllimləri Azərbaycanın qəhrəman oğlu Mübariz İbrahimovun həyatından, mübarizə yolundan, şəhidlik zirvəsindən məlumat verdilər. Mübariz İbrahimovun valideynlərinə yazdığı son məktubunda onun nə qədər vətənpərvər olduğundan, ailəyə, Vətənə bağlılığından danışıldı. Şagirdlər arasında Mübariz kimi yaşamaq, Mübariz kimi ailəsinə hörmətlə yanaşmaq, Mübariz kimi Vətənini sevmək ideyası təbliğ edildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi