“Yurdum, yuvam,məskənimsən” adlı tədbir keçirildi

Fevralın 20- də Ə. Vahid adına 293 nömrəli tam orta məktəbdə məktəbliləri Vətənə məhəbbət ruhunda tərbiyə etmək, onlarda vətənpərvərlik hissinin yüksəldilməsinə nail olmaq məqsədilə “Yyurdum, yuvam,məskənimsən” adlı tədbir keçirildi. Tədbirdə iştirak edən ikinci sinif şagirdləri Vətənə aid şeirlər, mahnılar nümayiş etdirdi. Vətən sevgisinin müqəddəsliyini özündə əks etdirən aforizmlər səsləndirildi.