Sağlam həyat tərzini şərtləndirən xüsusiyyətlər

 

Fevralın 13- də Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə məktəbliləri zərərli vərdişlərdən uzaqlaşdırmaq, onlarda sağlam həyat tərzini formalaşdırmaq məqsədilə “Uşaq və yeniyetmələrin sağlamlığının mühafizəsinə yönəldilmiş tibbi sanitariya xidmətinin və rasional qidalanmanın təşkili, onlar arasında sağlam ətraf mühit və sağlam hətat tərzi” mövzusunda seminar keçirildi. Seminarda V- VI sinif şagirdləri iştirak etdi.

            Məktəbin həkimi və tibb bacısı məruzə edərək bildirdilər  ki, sağlam həyat tərzi uşaq sağlamlığının əsasıdır. Sağlam həyat tərzi gümrah yaşamaq və xəstəliklərindən uzaq olmaq deməkdir. Zərərli vərdişlərdən uzaq olmaq da sağlamlığın zəmanətidir. Sonda “Zərəli vərdişlər” adlı slayd nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi