“Kitab və gələcəyimiz” adlı tədbir keçirilib
Fevralın 7- də Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə şagirdlərin dünya görüşünü inkişaf etdirmək məqsədilə tədbir keçirildi. “Kitab və gələcəyimiz” adlı tədbirdə iştirak edən V sinif şagirdləri kitab haqqında şeirlər, kəlamlar, görkəmli filosoflar, ədəbiyyatşünaslara aid aforizmlər səsləndirdilər. Sonda “Kitab bilik mənbəyidir” adlı slayd nümayiş etdirildi.