“Gender bərabərliyi” və “ Erkən nigahlar” mövzusunda "Dəyirmi masa" keçirildi

            Yanvarın 24- də Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə şagirdlərdə “Gender bərabərliyi” və “ Erkən nigahlar” anlayışının təbliğ olunması və formalaşdırılması məqsədilə "Dəyirmi masa" keçirildi. “Dəyirmi masa”da iştirak edən VIII sinif şagirdləri uşaq hüquqları konvensiyası, insan hüquqlarından qadın və kişinin hüquq bərabərliyi barədə məlumat verdilər, müzakirələr apardılar. Gender və sosial cinsin xüsusiyyətləri tarixi dövrdən spesifik, iqtisadi, mədəni, sosial və ekoloji şəraitdən asılı olaraq daim dəyişməkdədir. Yetkinlik yaşına çatmış kişilər və qadınlar heç bir irqi, milli və ya dini məhdudiyyət olmadan bir- biri ilə evlənmək və ailə qurmaq hüququna malikdir. Sonda gender bərabərliyi və erkən nigahlar adlı mövzuları özündə əks etdirən slaydlar nümayiş etdirildi.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi