“Yeni il yeni arzularla” adlı tədbir keçirildi

            Dekabrın 29- da Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə “31 Dekabr Dünya Azərbaycanlılarının həmrəylik günü”nün şagirdlərdə bayram təbliği, əhval- ruhiyyəsi yaratmaq məqsədilə “Yeni il yeni arzularla” adlı tədbir keçirildi. Tədbirdə iştirak edən IV sinif şagirdləri Vətənə aid şeirlər, mahnılar səsləndirdilər. “Qar dənəcikləri” adlı rəqs, “Qış nağılı” adlı səhnəcik nümayiş etdirildi. Sonda kiçik santaların yarışı keçirildi. Məktəbin direktor müavinləri Zümrüd Əliyeva və Lətafət İsmayılova çıxış edərək məktəbliləri, pedaqoji heyəti və valideynləri qarşıdan gələn yeni il bayramı münasibətilə təbrik etdilər.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi