“Qan xəstəlikləri və qanla yoluxan xəstəliklər” mövzusunda təqdimat nümayiş etdirildi
Dekabrın 18- də Ə.Vahid adına 293 nömrəli tam orta məktəbin 8 b sinif şagirdləri biologiya dərsində yeniyetmələrə xəstəliklərə hansı səbəblərdən yoluxmağı və bundan qorunmağın yollarını aşılamaq, onların indi və gələcəkdə sağlam həyat tərzi keçirmələri üçün zərərli vərdişlərdən uzaq durmaları istiqamətində maarifləndirmək məqsədilə “Qan xəstəlikləri və qanla yoluxan xəstəliklər” mövzusunda təqdimatlar və slaydlar hazırlayıb, nümayiş etdirdilər. Hazırlanmış materiallarda QİÇS və hepatitin A,B,C formalarından, bu xəstəliklərin yoluxma yollarından söhbət açıldı. Eyni zamanda hemofliya, talassemiya, leykoz xəstəliklərinin baş vermə səbəbləri, onların müalicə üsullarına toxunulmuşdur. Sonda müəllim Sevinc Ağayeva qanla yoluxan xəstəliklərdən qorunma yollarından və qan xəstəliklərinin müalicəsi istiqamətində qəbul olunmuş dövlət proqramlarından danışdı.