Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi

            Dekabrın 18- də valideyn- müəllim münasibətlərinin möhkəmləndirilməsi, məktəbdə valideynin rolunun artırılması məqsədilə Ə.Vahid adına 293 nömrəli tam orta məktəbdə  “Valideynin məktəbdə bir günü” adlı layihə həyata keçirildi.  Məktəbin direktor səlahiyyətlərini müvəqqəti icra edən Nurəddin Şahbazov çıxış edərək 7, 8, 9, 10, 11- ci siniflərin valideynlərini məktəb binasına, sinif otaqlarına, dərslərdə iştirak etməyə dəvət etdi. Valideynlər çıxış edərək öz irad və təkliflərini irəli sürdülər. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Zümrüd Əliyeva, təlim/tərbiyə işləri üzrə direktor müavini Lətafət İsmayılova çıxış edərək valideynlərin suallarını cavablandırdılar. Valideynlər dərslərdə iştirak etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi