İ. Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirildi

Dekabrın 6- da Ə. Vahid adına 293 nömrəli tam orta məktəbdə böyük Azərbaycan şairi İ. Nəsiminin 650 illik yubileyinə həsr edilmiş tədbir keçirildi. Tədbirdə şairin doğma dilimizdə qələmə aldığı, əsasən ictimai- fəlsəfi məzmunlu şeirlər səsləndirildi. Şairin hürufi görüşlərini əks etdirən parçalar şagirdlər tərəfindən səhnələşdirilmişdir. Humanist ideyalar, xeyirə, ədalətə və kamilliyə çağırış motivləri bu gün şagirdlərin tərbiyəsinə müsbət təsir edir. Məktəbin tərbiyə işləri üzrə direktor müavini Zümrüd Əliyeva çıxış edərək görkəmli mütəfəkkir İ.Nəsiminin sufizm üzərində formalaşan hürufilik ideyalarının bəşəri dəyərlərindən danışdı.