FƏXRİMİZ

Abbasov Qurban Abasqulu oğlu 26 oktyabr 1926-cı ildə Naxçıvan Muxtar Respublikası Babək  rayonunun  Payız kəndində  anadan olub.

Əmək fəaliyyətinə 1944-cü ildə "Artyomneft" trestində fəhlə kimi başlayan  Qurban Abbasov sonra " Azərneft" Birliyinin qazma idarəsində qazmaçı,buruq ustası,  "Gürgənneft"NMİ-nin şimal qazma sahəsi idarəsinin rəisi vəzifəsində işləyib.

Əmək fəaliyyətini davam etdirərək, "Neft və qaz quyularının qazılması" ixtisası üzrə AzNKİ-nun neft-mədən fakültəsini bitirmişdir.

1951-ci ildə 25 yaşlı qazmaçı usta Qurban Abbasov alim,geoloq,mühəndislərlə birgə Neft  Daşlarının kəşfinə görə I Dərəcəli Stalin Mükafatına layiq görülüb. 1958-ci ildə o, Sosialist Əməyi Qəhrəmanı Qızıl Ulduzu ilə təltif edilib. 1967-1980-ci illərdə  "Xəzərdənizneftkəşfiyyatı" trestinin müdiri,  "Xəzərdənizneft" İB-nin baş direktor müavini, "Neft Daşları" NQÇi -nin  rəisi, 1980-1983-cü illərdə "Xəzərdənizneftqazsənaye" ÜİB-nin baş direktoru,  1988-1992-ci illərdə "Xəzərdənizneft" İB-nin baş direktoru,  1992-ci ildən ömrünün  sonunadək Azərbaycan Dövlət  Neft  Şirkətinin baş müşaviri vəzifələrində çalışmışdır. Qurban Abbasov 14 sentyabr 1994-cü ildə Bakı şəhərində dünyasını dəyişmişdir. Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 288  nömrəli tam orta məktəb Neftçi Qurbanın adını daşıyır. Məktəbdə onun  Xatirə lövhəsi asılmışdır.

Lökbatan qəsəbəsində  onun adını Mədəniyyət sarayı, küçə, məktəb, körpü daşıyır. Bayıl qəsəbəsində adına küçə var.

 

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi