Kiçik Akademiya

"Kiçik Akademiya"Neftçi Qurban adına 288 nömrəli tam orta məktəbdə “Kiçik Akademiya” 22 fevral 2019-cu il tarixdən fəaliyyətə başlayıb. Əsas məqsədimiz IX-XI siniflərdə təhsil alan istedadlı şagirdlərin elmi axtarışlara sövq edilməsi, tədqiqatçılıq bacarığı ilə fərqlənən şagirdlərdə elmi məruzə ilə çıxış etmək,referatlar hazırlamaq,birgə elmi layihələrdə iştirak etmək vərdişləri formalaşdırılmasına əlverişli şərait yaratmaq, tanınmış alim və mütəxəssisləri istedadlı şagirdlərlə işə cəlb etmək, mövcud yaradıcılıq potensialı nəzərə almaqla onların gələcək peşə istiqamətlərini müəyyənləşdirmək, şagirdlərdə elmi dünyagörüşünün formalaşdırılması istiqamətində sistemli iş aparmaqdan ibarətdir. Məktəbdə “Kiçik Akademiya” çərçivəsində humanitar, təbiət, fizika-riyaziyyat bölmələr fəaliyyət göstərir. "Kiçik Akademiya""nın prezidenti təlim-tərbiyə işləri üzrə direktor müavini Tamilla Babaşova olmuşdur. 22 fevral tarixdən başlayaraq məktəbdə “Kiçik Akademiya” çərçivəsində zəruri işlər həyata keçirilib.Belə ki, “Kiçik Akademiya”nın fəaliyyət planı hazırlanaraq təsdiq edilib və şagirdlər arasında istedadı ilə fərqlənən şagirdlərin seçilməsi istiqamətində işlər başlamışdır. “Kiçik Akademiya”nın loqotipin göy,yaşıl və qırmızı alov dilimləri Azərbaycanın odlar ölkəsi olduğunu göstərir.Alovun içərisindəki kitab rəsmi şagirdlərin bilik mənbəyinə işarədir.Arxa fonda verilən buruq şəkli həm vətənimizin neft ölkəsi olduğuna,həm də məktəbizin Neftçi Qurbanın adını daşıması ilə əlaqələndirilmişdir. Açıq kitabın sol səhifəsində MKA- Məktəb Kiçik Akademiyası, sağ tərəfdəki vərəqdə isə məktəbin nömrəsi əks olunmuşdur.Qızılı rəngdə verilmiş lentin üzərində isə “Kiçik Akademiya”nın yaranma tarixi göstərilmişdir.

Ətraflı
HAQQIMIZDA

Məktəb 1993 -cü il 9 yanvar tarixində ilk pedaqoji şurasını keçirmiş və bununla da fəaliyyətə başlamışdır. Az müddətdən sonra məktəb kollektivinin təşəbbüsü ilə bu böyük təhsil ocağına tanınmış Neftçi Sosi...

BİZİM FƏXRLƏRİMİZ

Sara Mirzəyeva Həsən

Sultan Məhərrəmli Müşfiq

HAQQIMIZDA

Məktəb 1993 -cü il 9 yanvar tarixində ilk pedaqoji şurasını keçirmiş və bununla da fəaliyyətə başlamışdır. Az müddətdən sonra məktəb kollektivinin təşəbbüsü ilə bu böyük təhsil ocağına tanınmış Neftçi Sosi...

BİZİM FƏXRLƏRİMİZ

Sara Mirzəyeva Həsən

Sultan Məhərrəmli Müşfiq

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM