HAQQIMIZDA

Məktəb 1993 -cü il 9 yanvar tarixində ilk pedaqoji şurasını keçirmiş və bununla da fəaliyyətə başlamışdır. Az müddətdən sonra məktəb kollektivinin təşəbbüsü ilə bu böyük təhsil ocağına tanınmış Neftçi Sosialist Əməyi Qəhrəmanı Qurban Abbasovun adı verilmişdir və məktəb həmin gündən Neftçi Qurbanın adını daşıyır. Məktəb birtipli inşa edilmişdir və 1296 yerlik nəzərdə tutulsa da fəaliyyətə başladığı ilk illərdə şagirdlərin sayı 3000- ə yaxın olmuşdur. Hal-hazırda məktəbdə 3018 nəfər şagird 100 sinifdə yerləşdirilmişdir. 6 günlük iş rejimi ilə fəaliyyət göstərən məktəbin 169 müəllim kollektivi və 34 nəfər texniki işçi heyyəti var. 6 nəfər laborant vəzifəsində çalışır. Məktəbdə dərslər ikinövbəlidir. Məktəb 2006-cı ildə əsaslı təmir edilmiş,növbəti illərdə yenidən təmir olunması nəzərdə tutulmuşdur. Məktəb fəaliyyətə başladığı gündən bugünədək çox böyük uğurlar qazanmışdır. Müxtəlif ölkə və Avropa Çempionatında məktəbin idmançıları layiqli yerlər tutmuşlar. Hər il tədris ilinin sonunda məzunlarımızın əksəriyyəti Respublikanın ən nüfuzlu ali məktəblərinin tələbəsi adını qazanmışlar. Son 5 ildə məktəbin məzunlarından 4 nəfər "Qızıl nişan" almışdır. 2017-2018-ci tədris ilində məktəbin şagirdi Aslanzadə Kəmalə Elşən qızı Respublika Fənn Olimpiadasının Respublika turunda Azərbaycan dili və ədəbiyyat fənni üzrə  bürünc medal qazanmışdır. 2018-2019-cu tədris ilində şagirdimiz  Ağayeva Mehri Vahid qızı Respublika Fənn Olimpiadasında Azərbaycan dili və ədəbiyyat fənni üzrə  bürünc medala, 2020-2021-ci tədris ilində məktəbin şagirdi Hüseynov Hüseynəli Surxay oğlu Respublika Fənn Olimpiadasında Biologiya fənni üzrə bürünc medala və 2021-2022-ci tədris ilində məktəbin şagirdi Gülməmmədov Elçin Kamaləddin oğlu Respublika Fənn Olimpiadasında Tarix fənni üzrə gümüş medala layiq görülmüşlər. Məktəbin pedaqoji kollektivi Azərbaycan Respublikasında təhsilin inkişafı istiqamətində bilik və bacarıqlarını tətbiq edərək,uğurla çalışmağı qarşılarına məqsəd qoymuşlar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi