"QİÇS və narkomaniyaya qarşı mübarizəyə sən də qoşul" adlı maarifləndirici tədbir keçirildi

Dekabrın 2-də məktəbdə psixoloq Sürayə Bayramovanın təşkilatçılığı ilə "QİÇS və Narkomaniyaya qarşı mübarizəyə sən də qoşul” adlı maarifləndirici tədbir keçirildi. Tədbirdə məktəbin Uşaq Birliyi Rəhbəri Natavan Həşimova, tibb bacısı Mükafat Əliyeva və məktəbin şagirdləri iştirak etdi. Sürayə Bayramova narkotiklərin insan orqanizminə, sağlamlığa vurduğu zərərdən, ümumilikdə cəmiyyətdə törətdiyi sosial bəlalardan danışaraq, şagirdləri narkomaniyaya qarşı mübarizədə fəal olmağa səslədi. Maarifləndirici söhbətdə şagirdlərin çoxsaylı suallarına aydınlıq gətirildi, şagirdlərə mövzu barədə videoçarxlar nümayiş olundu.