"Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir" mövzusunda təqdimat keçirildi

Noyabrın 30-da məktəbdə tarix müəllimi Zahid İmanovun təşkilatçılığı,məktəbin müəllim və 10-cu sinif şagirdlərinin iştirakı ilə "Milli-mənəvi dəyərlərimiz tarixi sərvətimizdir" mövzusunda təqdimat keçirildi.Təqdimat məktəbin kitabxana otağında təşkil olundu. Şagirdlər Azərbaycan xalqının qədim adət-ənənələri, qədim musiqi mədəniyyəti, şifahi xalq yaradıcılığı, Qaval daşı, Azərbaycan xalçaları, özündə qədim məlumatlar daşıyan ornametlər haqqında çıxışlar edib, öz topladıqları məlumatları bölüşdülər. Təqdimatın keçirilməsində əsas məqsəd şagirdlərə Azərbaycan xalqına mənsub qədim adət-ənənələri, milli-mənəvi dəyələri tanıdaraq onlara milli özünüdərk, milli düşüncə və milli iftixar hissini aşılamaqdan ibarət oldu.