Cəfər Cabbarlının 120 illik yubileyi ilə bağlı "Dəyirmi masa" keçirildi

Noyabrın 30-da məktəbdə kitabxana müdiri Təranə Qafarovanın təşkilatçılığı,şagirdlərin iştirakı ilə Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, böyük şair, yazıçı və dramaturq Cəfər Cabbarlının 120 illiyi münasibətilə “Dəyirmi masa” keçirildi. Şagirdlər klassik ədəbi irs zəminində yetişən ədibin milli ədəbiyyatın parlaq ənənələrini qorumaqla bərabər, dramaturgiyamızın təşəkkülü və yüksəlişi tarixində yeni mərhələnin təməlini qoymasında müstəsna rol oynamasından danışdılar.