Cəlil Məmmədquluzadənin 150 illiyi ilə bağlı "Dəyirmi masa" keçirildi

Noyabrın 28-də Azərbaycan ədəbiyyatının yeni mərhələyə yüksəlməsində müstəsna rol oynamış böyük yazıçı, dramaturq, ictimai xadim Cəlil Məmmədquluzadənin 150 illik yubileyinin qeyd edilməsi ilə bağlı məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Gülnarə Nəbizadənin təşkilatçılığı, məktəb rəhbərliyi və şagirdlərin iştirakı ilə “Dəyirmi masa” keçirildi. Şagirdlər tərəfindən Cəlil Məmmədquluzadənin "Anamın kitabı", "Danabaş kəndinin əhvalatları", "Ölülər" əsərləri müzakirə olundu, çıxışlar edildi.