VƏTƏN MƏHƏBBƏTİ TƏRƏNNÜM EDƏN POEZİYA NÜMUNƏLƏRİ

Noyabrın 27-də məktəbin Azərbaycan dili və ədəbiyyat müəllimi Könül Dadaşzadənin təşkilatçılığı ilə Vətən məhəbbətini tərənnüm edən “Vətən məhəbbəti mənəvi ucalıq nümunəsidir” mövzusunda şeir müsabiqəsi keçirildi. Müsabiqədə məktəbin müxtəlif sinif şagirdləri iştirak etdilər. Şagirdlər söyədikləri şeirlərlə vətənə, torpağa, ana yurda sevgilərini nümayiş etdirdilər. Fərqlənən şagirdlər münsiflər heyəti tərəfindən müəyyən edilərək müsabiqənin qalibi elan olundular.