"Çağırışaqədərki hazırlıq fənni və şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi " istiqamətində şagirdlərlə maarifləndirci söhbət keçirildi

Noyabrın 25-də məktəbdə “Çağırışaqədərki hazırlıq fənni və şagirdlərin hərbi-vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi" istiqamətində şagirdlərlə maarifləndirci söhbət keçirildi. İlk öncə torpaqlarımızın azadlığı uğrunda şəhid olan əsgərlərimizin, soydaşlarımızın ruhu 1 dəqiqəlik sükutla yad olundu. Məktəbin ÇH fənn müəllimi Bayram Hacıyev şagirdlərə bildirdi ki, Ümummilli lider Heydər Əliyevin ordu quruculuğu istiqamətində başladığı işlər bu gün ölkə Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən inamla davam etdirilir. Azərbaycan ordusunun maddi-texniki bazası, ən əsası şəxsi heyətin döyüş ruhu, mənəvi-psixoloji əhval-ruhiyyəsi işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə böyük inam yaradır.Daha sonra tağım manqalarla düzüldü, raport verildi.