"GƏNCLƏRİN PEŞƏYÖNÜMÜ TƏRBİYƏSİNİN TƏŞKİLİ" MÖVZUSUNDA SEMİNAR KEÇİRİLDİ

Noyabrın 22-də məktəbdə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidmətinin əməkdaş Mirzəyeva Sevinc Azər qızı tərəfindən məktəbin VII, VIII və IX sinif şagirdlərinin iştirakı ilə "Gənclərin peşəyönümü tərbiyəsinin təşkili" mövzusunda seminar keçirildi. Seminarda ölkədə peşə təhsilinin inkişafı istiqamətində görülən işlər, peşə təhsilinin əhəmiyyəti, gənclər arasında peşəyönümü işinin düzgün təşkilinin vacibliyi vurğulandı. Daha sonra mövzu ilə bağlı fikir mübadiləsi aparıldı, video və foto slaydlar nümayiş etdirildi.