Pedaqoji Şuranın növbəti iclası keçirildi

Noyabrın 19-da Pedaqoji Şuranın iş planına uyğun olaraq növbəti iclası keçirildi. İclası açıq elan edən məktəbin direktoru Taleh Quliyev gündəliyə çıxarılan məsələləri iclas iştirakçılarına bildirdi. 2019-2020-ci dərs ilində təhsilin keyfiyyətinin artırılması istiqamətində görüləcək işlər, məktəbdaxili qiymətləndirmə, dərsə davamiyyət, IX siniflər üzrə buraxılış imtahanlarına hazırlıq və digər məsələlər müzakirə olundu, müvafiq qərarlar qəbul edildi.