“Uşaq Hüquqları Konvensiyası” aylığı ilə bağlı şagirdlərin təqdimatı keçirildi

Noyabrın 14-ü “Uşaq Hüquqları Konvensiyası” aylığı ilə bağlı 9 “e” sinif şagirdlərinin hazırladıqları təqdimatlar keçirildi.Təqdimat məktəbin psixoloqu Sürayə Bayramovanın, Azərbaycan dili və ədəbiyyat müəllimi Zülfiyyə Baxşəliyevanın təşkilatçılığı ilə baş tutdu. Şagirdlərə öz hüquqları və hüquqlarının müdafiə olunması haqqında geniş məlumatlar verildi. Daha sonra şagirdlər "Uşaq hüquqları konvensiyası"nın maddələri ətrafında müzakirə etdilər və öz hazırlaqdıları təqdimatları göstərdilər.