ZƏRƏRLİ MƏMULATLARIN İSTİFADƏSİNİN ŞAGİRDLƏR ARASINDA MƏHDUDLAŞDIRILMASI,UŞAQLAR VƏ GƏNCLƏRİN SAĞLAM BÖYÜMƏSİ İSTİQAMƏTİNDƏ MAARİFLƏNDİRİCİ SÖHBƏT

Tütün məmulatların istifadəsinin məhdudlaşdırılması, uşaqlar və gənclərin sağlam böyüməsi və inkişafı haqqında məktəb şagirdləri arasında məktəbin tibb bacıları və Qaradağ rayon 4 saylı uşaq poliklinikasının əməkdaşı ilə birgə maarifləndirici söhbətlər, monitorinqlər aparıldı.Monitorinqdə əsasən yuxarı sinif şagirdlərinə tütün məmulatlarının istifadəsinin zərərindən və tütün tüstüsünün ətraf mühitə ziyanlı təsirindən danışıldı. Məktəb rəhbərliyi tərəfindən bu istiqamətdə şagirdlərlə mütamadi maarifləndirci monitorinqlər aparılmaqdadır.