ŞAGİRDİMİZ DÖVLƏT BAYRAQ GÜNÜ İLƏ BAĞLI KEÇİRİLƏN ŞEİR MÜSABİQƏSİNİN QALİBİ OLDU

07 noyabr tarixində Qaradağ rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 9 noyabr Dövlət Bayrağı Gününə həsr olunmuş şeir müsabiqəsi keçirildi. Məktəbimizin 9 “z” sinif şagirdi Süleymanova Sevinc Qafar qızı uğurlu çıxışına görə qalib gələrək II yerə layiq görüldü və Qaradağ rayon Gənclər və İdman İdarəsi tərəfindən diplomla təltif olundu. Şagirdimizi təbrik edirik.