"Mənim üçrəngli bayrağım" adlı tədbirlər keçirildi

8 noyabr tarixində məktəbin ayrı-ayrı siniflərində 9 Noyabr Azərbaycan Respublikasının Dövlət Bayrağı Gününə həsr edilmiş "Mənim üçrəngli bayrağım" adlı tədbirlər keçirildi. Tədbirlərdə şagirdlər Respublikamızın rəmzi olan bayraq haqda geniş məlumatlar verdilər, tariximizlə bağlı müxtəlif videoçarxlar nümayiş olundu, bilik yarışları keçirildi və şagirdlərin ifasında şeirlər deyildi, mahnılar oxundu.