"Uşaq hüquqlarını qoruyaq" mövzusunda dəyirmi masa keçirildi

06  noyabr tarixində məktəbimizdə kitabxana müdiri Təranə Qafarovanın təşkilatçılığı ilə “Uşaq hüquqlarını qoruyaq” mövzusunda dəyirmi masa keçirildi. Təranə xanım şagirdlərə Uşaq Hüquqları Konvensiyası haqqında ətraflı məlumat verdi və  Respublikamızda uşaq hüquqlarının qorunmasının qanunvericiliklə tənzimləndiyi, dövlət proqramlarının hazırlanıb məqsədyönlü şəkildə həyata keçirildiyini qeyd etdi. Dəyirmi masada mövzu barədə ölkə rəhbərliyinin xüsusi diqqət və qayğısını əks etdirən slaydlar nümayiş olundu. Daha sonra şagirdlər hansı hüquqlara malik olduqları haqqında çıxışlar etdilər.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi