V SİNİF ŞAGİRDLƏRİ ÜÇÜN DİAQNOSTİK İMTAHAN KEÇİRİLDİ

Oktyabrın 26-da məktəbdə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən V sinif şagirdlərinin təlim nəticələrinin təhlilinə əsasən ehtiyaclarının müəyyənləşdirilməsi, problemlərin həlli istiqamətində müvafiq tədbirlərin görülməsi, məktəb özünüqiymətləndirmənin formalaşdırılması məqsədilə Azərbaycan dili , riyaziyyat və ingilis dili fənləri üzrə diaqnostik imtahan keçirildi. Qiymətləndirmə üçün ayrılan ümumi vaxt 210 dəqiqə oldu.Ayrılmış vaxtın ilk 30 dəqiqəsində şagirdlər müəyyən edilmiş yerdə əyləşdilər, cavab kartları paylandı, cavab kartının düzgün doldurulma qaydası izah olundu. 10:30-da sual kitabçaları paylanaraq, sualların cavablandırılması üçün 180 dəqiqə vaxt verildi. İmtahan vaxtında yekunlaşdı və nəzarətçi müəllimlər tərəfindən imtahanın şəffaf keçirilməsinə xüsusi nəzarət olundu.