"BEYNƏLXALQ MƏKTƏB KİTABXANALARI GÜNÜ" QEYD OLUNDU

21 oktyabr tarixində məktəbimizdə "Beynəlxalq məktəb kitabxanaları günü” qeyd olundu. Məktəbin kitabxana müdiri Təranə Qafarova tərəfindən şagirdlərə "Beynəlxalq məktəb kitabxanaları günü"nün tarixi barədə qısa məlumat verildi, şagirdlər həmçinin kitabxanadan istifadə qaydaları ilə də tanış oldular. Qeyd edək ki, 1999-cu ildən YUNESKO-nun qərarı ilə xüsusi bayram-Beynəlxalq məktəb kitabxanaları günü qəbul edilmişdir ki, bu oktyabr ayının dördüncü bazar ertəsi günü (bu il 21 oktyabra təsadüf edir) qeyd olunur.