Müstəqilliyimiz yenilməzdir, əbədidir, dönməzdir

Oktyabrın 18-də məktəbdə Azərbaycan Respublikasının Dövlət Müstəqillik gününə həsr olunmuş tədbir keçirildi. Tədbir ibtidai sinif müəllimi Ülkər Tağıyevanın təşkilatçılığı ilə baş tutdu. Azərbaycanın Dövlət himninin səsəndirilməsindən sonra tədbir açıq elan olundu. Tədbiri giriş sözü ilə açan məktəbin direktoru Taleh Quliyev bu günün mühüm tarixi əhəmiyyətindən danışaraq vurğuladı ki, tarix dəfələrlə sübut edib ki, müstəqilliyi qoruyub saxlamaq onu qazanmaqdan qat-qat çətindir. Azərbaycan xalqı bir əsrdə iki dəfə müstəqillik əldə etməklə, özünün suveren dövlətini yaratmaq imkanı qazandı.Sovet imperiyasının dağılması prosesi Azərbaycan xalqına öz milli müstəqilliyini bərpa etmək imkanı verdi. 1991-ci il oktyabrın 18-də Azərbaycan Respublikası Ali Sovetinin sessiyasında "Azərbaycanın dövlət müstəqilliyi haqqında Konstitusiya Aktı" qəbul olundu. Direktor onu da vurğuladı ki, əsl müstəqillik isə öz sərvətlərinin tam sahibi olmaqdır. 1994-cü ilin 20 sentyabrında Heydər Əliyevin müəllifi olduğu nəhəng neft müqaviləsi “Əsrin müqaviləsi” imzalandı.Çıxışın sonunda məktəbin direktoru tədbir iştirakçılarını Müstəqillik günü münasibəti ilə təbrik etdi.Daha sonra balaca şagirdlərin ifasında şeirlər səsləndi, mahnılar oxundu, səhnələr nümayiş etdirildi. Eləcə də bayram ilə bağlı ay ərzində şagirdlər arasında rəsm və inşa yazı müsabiqələri keçirildi, divar qəzetləri hazırlandı.