Əhməd bəy Ağaoğlunun 150 illik yubileyi ilə bağlı şagirdlərin təqdimatı

Prezident İlham Əliyevin Azərbaycan ictimai fikrinin böyük nümayəndələrindən biri Əhməd bəy Ağaoğlunun 150 illik yubileyinin keçirilməsi haqqında 2019-cu il 10 aprel tarixli Sərəncamına uyğun olaraq məktəbimizdə müəllim və şagirdlərin iştirakı ilə şagirdlərin təqdimatı keçirildi. Təqdimatda şagirdlər Şuşanın yetişdirdiyi görkəmli şəxsiyyətlərdən biri, hüquqşünas, publisist, tənqidçi və şərqşünas alim Əhməd bəy Ağaoğlunun həyat və fəaliyyətindən, Azərbaycanın milli mübarizə tarixində görkəmli rol oynamasından danışdılar, videoçarxlar nümayiş etdirdiər.