Ümumdünya Psixi Sağlamlıq Günü qeyd edildi

10 oktyabr tarixində məktəbin  psixoloqu Sürayə Bayramovanın təşkilatçılığı ilə Ümumdünya  Psixi  Sağlamlıq  Günü qeyd edildi. 9“v” sinif şagirdləri ilə birlikdə məktəbin psixoloqu Sürayə Bayramova  psixologiya elminin tarixinə ekskursiya edərək, Azərbaycanın tanınmış alim-psixoloqları Fuad İbrahimbəyov, Muxtar Həmzəyev, Əkbər Bayramov və digər nümayəndələri haqqında məlumatlar verdilər. Şagirdlər psixologiyanın predmeti və obyekti haqqında çıxışlar etdilər. Onlar psixologiya elminin insanların fərdi psixoloji xüsusiyyətlərində, şəxsi  keyfiyyətlərində, fəaliyyət və ünsiyyət prosesində formalaşdırması və ətraf aləmi dərk etməsində rol oynadığı barədə geniş məlumatlar verərək, ətraflı müzakirələr apardılar.

  • h.a
  • i.a
  • fond
  • bakuedu
  • virtual_qarabaq
  • virtual_qarabaq
  • kurrikulum
  • MƏNİM MƏKTƏBİM
  • Azərbaycan müəllimi qəzeti
  • Sabahın alimləri layihəsi