1 oktyabr Beynəlxalq musiqi günü

01 oktyabr tarixində məktəbin akt zalında Beynəlxalq musiqi gününə həsr edilmiş tədbir keçirildi. Tədbir musiqi müəllimi Xatirə Məcidovanın təşkilatçılığı ilə baş tutdu. Xatirə müəllim tədbir iştirakçılarına Beynəlxalq musiqi günü haqqında məlumat verdi. Bildirdi ki, UNESCO-nun Beynəlxalq Musiqi Şurasının təşəbbüsü ilə təsis edilən əlamətdar gün 1975-ci ildən başlayaraq hər il oktyabrın 1-də qeyd edilir. Beynəlxalq musiqi gününün məqsədi xalqlar arasında dostluğu, mədəniyyətlərin qarşılıqlı zənginləşməsini reallaşdırmaqdır. Sonra şagirdlər məlumatlarla çıxışlar etdilər, musiqi alətlərində əsərlər səsləndirdilər.