"İnformatika fənni təlimi” mövzusunda dəyirmi masa keçirildi

30 sentyabr tarixində məktəbin təlim-tərbiyə işləri üzrə direktor müavini,informatika müəllimi Şəhla Mirzəyevanın təşkilatçılığı ilə “İnformatika fənni təlimi” mövzusunda dəyirmi masa keçirildi. Şəhla müəllim mövzu haqqında şagirdlərə geniş məlumat verdi. İnformatika fənni təliminin şagirdlər üçün əsas məqsədi şagirdlərdə məntiqi və alqoritmik təfəkkür tərzini, məsələlərin səmərəli həlli üsullarının seçilməsinə yönəlmiş yaradıcı və əməli düşünmə qabiliyyətlərini formalaşdırmaq, həmçinin onların gündəlik qarşılaşdıqları problemlərin həlli üçün tələb olunan zəruri informasiyaları kompüter vasitəsilə ala bilmələri sahəsində texniki bacarıq və vərdişlərin öyrədilməsini diqqətə çatdıraraq, yaşadığımız cəmiyyətin və onun bütün sahələrinin inkişafı internetin artmaqda olan intellektual imkanlarından və informasiya resurslarından geniş istifadə olunmasını vurğuladı.