Məzunumuz Prezident təqaüdünə layiq görüldü

Prezident İlham Əliyevin 9 sentyabr tarixli Sərəncamına əsasən 2019 / 2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdü veriləcəkdir. Təqaüdçülər sırasında məktəbimizin məzunu Sanılı Yetər Yavər qızıda vardır. Bu münasibətlə Yetəri məktəbimizin müəllim və şagird kollektivi adından təbrik edərək, ona gələcək həyat yolunda uğurlar arzulayırıq.