Məktəbdə fənlər üzrə metodbirləşmə iclasları keçirilir

09 sentyabr tarixindən başlayaraq məktəbdə metodbirləşmə iclasları keçirilir. İclasda növbəti tədris ilində ümumi təhsil üzrə fəaliyyət istiqamətləri sırasında hər bir fənn üzrə təlim nəticələrinin təhlili əsasında mövcud vəziyyət, qarşıda duran vəzifələr müzakirə olunur və müəllimlərin fikirləri və təklifləri dinlənilir. Daha sonra şagirdlərin bilik səviyyələri, tədrisin keyfiyyətinin yüksəldilməsi istiqamətlərində görüləcək tədbirlər, dərs dinləmə, şagirdlərin meyl, maraq və qabiliyyətlərinin öyrənilməsi istiqamətində aparılacaq işlər barədə müzakirələr aparıldı. Görüləcək işlərin qısa xülasəsi mütamadi keçiriləcək metodbirləşmə iclaslarında müzakirə olunacağı barədə qərar verildi.